AZ

Dəmiryolu stansiyasında tapılan partlamamış mərmi ciddi gecikmələrə səbəb olub

Böyük Britaniyada əsas nəqliyyat qovşaqlarından birinin yaxınlığında tapılan partlamamış hərbi sursat sərnişinlərin təxliyəsinə və qatarların hərəkətində ciddi ləngimələrə yol açıb. Avtosfer.az “The Independent”ə istinadla xəbər verir ki, Birminqem dəmir yolu xəttinin yaxınlığında, Duddeston ərazisində köhnə minaatan mərmisinə bənzədiyi ehtimal olunan partlayıcı qurğu aşkarlanıb. Hadisə ilə əlaqədar həmən stansiyalar arasındakı xətlər bağlanıb. Hadisə yerində 100 metrlik təhlükəsizlik zonası yaradılıb və mütəxəssislər qurğunu qiymətləndirməyə başlayıblar. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Seçilən
76
2
avtosfer.az

3Mənbələr