Bakı metrosunda stansiya yoluna düşən sərnişin səbəbindən qatarların hərəkətində yaranan yubanma aradan qaldırılıb.
"Bakı Metropoliteni" QSC-dən “İki sahil”ə bildirilib ki, Yaşıl və Qırmızı xətlər üzrə qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Əlavə məlumatlar təqdim ediləcək.