Sənan Şahbəndəyev işdən çıxarıldı
Biləsuvar Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyev vəzifəsindən azad edilib.BUTA.TV "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb. Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal aşkar edilib.