AZ

Bir ayda 65 nəfər itlərin hücumu nəticəsində xəsarət alıb Aidiyyatı qurumlar niyə tədbir görmək istəmir?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Sahibsiz itlərin peyvəndlənməsi və birkalanması prosesləri aparılmalıdır. Bu tədbirlər həm insanların, həm də heyvanların sağlamlığının qorunması üçün vacib hesab olunur. Peyvənd və birkalama sayəsində heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınır və eyni zamanda itlərin sahibsiz olaraq ərazilərdə toplanması riskləri azalır".Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib. Ekspertin sözlərinə görə, vətəndaşlar üçün tövsiyə olunur ki, itlərlə qarşılaşdıqda it qovucu əl alətlərindən istifadə etsinlər:"Bu, təhlükəsizliyi təmin etmək, qəfil hücum və sancılma hallarının qarşısını almaq məqsədi daşıyır. Həm sahibsiz heyvanların idarə olunması, həm də vətəndaşların şəxsi təhlükəsizliyi üçün bu tədbirlər ciddi şəkildə tətbiq edilməlidir".Qeyd edək ki, son 1 ayda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mərkəzi poliklinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr