AZ

Olimpiya Oyunları zamanı Rusiya bayrağının istifadəsi qadağan edildi



Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunları zamanı Rusiya bayrağının tribunalarda nümayiş etdirilməsini qadağan etmək qərarına gəlib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsveç radiostansiyası Sveriges Radio bildirib.

Qeyd edilir ki, Rusiya bayrağı və Rusiya ilə əlaqəli digər simvollar Olimpiya Oyunları zamanı qadağan ediləcək. Bu qayda Rusiya bayrağının Tur de Xizək yarışı zamanı azarkeşlər arasında görünməsindən sonra tətbiq edilib. Belə ki, yanvarın 4-də rusiyalı xizəkçi Saveliy Korostelev Tur de Ski yarışının son yarışı olan kütləvi startda dördüncü yeri tutub. Mükafatlandırma mərasimi zamanı bir neçə azarkeş Rusiya bayraqlarını dalğalandırıb.

Xatırladaq ki, Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyada keçiriləcək. Rusiya idmançılarına neytral idmançı kimi yarışmağa icazə veriləcək.

Cavid
Seçilən
82
1
newscenter.az

6Mənbələr