AZ

"Qəbələ" nigeriyalı hücumçunu transfer ETDİ

"Qəbələ" futbol klubu qış transfer pəncərəsində ikinci transferini həyata keçirib.

Redaktor.az xəbər verir ki, "qırmızı-qaralar" nigeriyalı hücumçu İsmaheel Akinade ilə müqavilə imzalayıb.

31 yaşlı forvardla 1 il 6 ay müddətinə razılaşma əldə olunub.

Futbolçu peşəkar karyerasına İrlandiyanın "Bray Wanderers" klubunda başlayıb. Daha sonra həmin ölkədə "Bohemians" və "Waterford" komandalarının heyətində çıxış edib.

Akinadenin son klubu Özbəkistan Super Liqasında mübarizə aparan "Andijon" olub. Hücumçu bu komandanın heyətində çempionatda keçirdiyi 12 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, eyni zamanda "Andijon"un heyətində Asiya Çempionlar Liqasında 6 matçda meydana çıxıb və 1 qol vurub.

Seçilən
93
2
redaktor.az

3Mənbələr