AZ

Rumıniya Prezidenti Parisdə hava limanındaQALDI

Fransanın bəzi bölgələrində qar və buz səbəbindən yük maşınları və məktəb nəqliyyatı xidmətləri dayandırılıb.

Redaktor.az BFMTV-yə istinadən xəbər verir ki, bu qadağalar şimal, qərb, eləcə də mərkəzi Fransada tətbiq edilib. Məhdudiyyətlər bütün Paris bölgəsinə də təsir göstərib.

Həmçinin qar yağması səbəbindən Rumıniya Prezidenti Nikuşor Danın təyyarəsi Paris hava limanından qalxa bilməyib.

"Prezident Nikuşor Danın ölkəyə qayıtması yenidən təxirə salınıb. Fransada güclü qar yağması səbəbindən onun təyyarəsi hava şəraitinə görə yola düşə bilmir. Digər uçuşlar da təxirə salınıb", - deyə Rumıniyanın "Digi24" telekanalının materialında bildirilib.

Rumıniya prezidenti "könüllülər koalisiyası"nın iclasında iştirak etmək üçün Fransaya yollanıb.

Seçilən
128
redaktor.az

1Mənbələr