AZ

Polkovnik rəis təyin edildi FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Günün günorta çağı küçə işıqları yanır – GÖRƏSƏN İSRAFIN SƏBƏBİ NƏDİR? - FOTO

Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti polkovniki Həmidli Vüqar Sabir oğlu təyin olunub. O, 2003-cü ildən gömrük orqanlarında fəaliyyətə başlayaraq Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru, həmin idarənin İkitərəfli gömrük əməkdaşlığı şöbəsinin baş inspektoru, Beynəlxalq Əməkdaşlıq İdarəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və protokol bölməsinin rəisi, idarənin Protokol və xarici dövlətlərdəki nümayəndəliklərlə iş şöbəsinin rəisi, Beynəlxalq müqavilələrlə iş şöbəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifələrində xidmət edib.

Qeyd edək ki, bundan əvvəl həmin idarənin rəisi gömrük xidməti polkovniki Dilavər Fərzəliyev idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
16
avtosfer.az

10Mənbələr