AZ

Prezident Şeyxin idarəsinə pul ayırdı

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək.

Gununsesi.info bildirir ki, bu barədə yanvarın 7-də prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon 500 yüz min manat ayrılır.

Sərəncamda, həmçinin nəzərdə tututulub ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Alban-Udi xristian dini icmasının hər birinə 400 yüz min manat ayrılsın.

Habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 yüz min manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
121
5
icma.az

10Mənbələr