AZ

"İmişli" hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

“İmişli” futbolçusu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın hücumçusu İbrahim Əliyevlə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, İbrahim Əliyev mövsümün əvvəlində MOİK-dən “İmişli”yə transfer olunmuşdu. O, cari mövsümdə komandanın heyətində 11 rəsmi oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

Seçilən
92
5
football-plus.az

8Mənbələr