AZ

ABŞ Atlantik okeanında Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirdi


ABŞ-nin Avropa Komandanlığı Şimali Atlantik Okeanında “Bella I” (“Mariner”) neft tankerinin ələ keçirildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanlıq məlumat yayıb. 
“Gəmi Şimali Atlantikada ABŞ federal məhkəməsi tərəfindən verilən orderə əsasən ələ keçirilib. Bu zəbt ABŞ prezidentinin Qərb yarımkürəsinin təhlükəsizliyini və sabitliyini təhdid edən sanksiyaya məruz qalmış gəmiləri hədəf alan göstərişini dəstəkləyir. Əməliyyat Daxili Təhlükəsizlik Departamentinin elementləri tərəfindən Müharibə Departamentinin dəstəyi ilə həyata keçirilib”, - məlumatda deyilir.
Seçilən
108
yeniavaz.com

1Mənbələr