AZ

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib

Vaşinqton, 7 yanvar, AZƏRTAC

ABŞ Şimali Atlantikada Venesuela ilə əlaqəli olan əvvəllər “Bella-1” kimi tanınan “Marinera” neft tankerini ələ keçirib.

AZƏRTAC-ın CNN-ə istinadla verdiyi məlumata görə, əməliyyat ABŞ Sahil Mühafizəsi və digər hərbi qurumlar tərəfindən icra olunub. ABŞ Sahil Mühafizəsi “kölgə donanması” kimi sanksiya siyahısına düşmüş eyni gəmini ötən ay Venesuela yaxınlığında ələ keçirməyə çalışsa da, uğursuz alınmışdı.

ABŞ mənbələri hazırda gəminin üzərində Rusiya bayrağının olduğunu deyirlər. Qeyd edilir ki, dekabrın 31-də Rusiya Dəniz Gəmiçiliyi Reyestri yeni adı “Marinera” olan gəmini Rusiya gəmisi kimi qeyd edib.

ABŞ Cənub Komandanlığı, həmçinin bildirib ki, səhər saatlarında Karib dənizi yaxınlığındakı beynəlxalq sularda daha bir gəmi ələ keçirilib. Vurğulanır ki, “M/T Sophia” adlı gəmi Karib dənizində qanunsuz fəaliyyət göstərirdi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton
Seçilən
120
3
azertag.az

4Mənbələr