AZ

Saray qəsəbəsində 2-ci sinif şagirdi dəm qazından boğularaq öldü

Abşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.

Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
98
2
yenisabah.az

10Mənbələr