AZ

Millinin oyun günü ölkədə rəsmi tətil olacaq

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Millinin oyun günü ölkədə rəsmi tətil olacaq

Şotlandiya millisinin 21-ci əsrdə ilk dəfə Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanması ölkədə böyük sevincə səbəb olub.

QOL.az xəbər verir ki, Şotlandiyanın Baş naziri Con Svini bu münasibətlə yığmanın mundialdakı ilk oyun gününün ölkə üzrə ümumxalq istirahət günü elan edildiyini açıqlayıb.

Xatırladaq ki, Şotlandiya sonuncu dəfə mundialda 1998-ci ildə iştirak edib. Onların ilk rəqibi olan Haiti millisi isə 1974-cü ildən bu yana Dünya Çempionatının final mərhələsində iştirak etməyib.

Qeyd edək ki, Şotlandiya millisi Haiti yığması ilə iyunun 15-də qarşılaşacaq. Şotlandlar qrup mərhələsində Haiti ilə yanaşı, Mərakeş və Braziliya yığmaları ilə də mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
3
qol.az

4Mənbələr