Bakı. Trend:
2026-cı ilin ilk fırtınası olan “Goretti” Böyük Britaniyadaqarlı hava və buzlanma ilə müşayiət olunaraq nəqliyyatda ciddiçətinliklər yaradacaq.
Trend xəbər verir ki, bubarədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, fırtınanın ən güclü təsirinin Fransada hissolunacağı bildirilsə də, Britaniyada da hava şəraitinin kəskinpisləşəcəyi gözlənilir. Şimali İrlandiya da daxil olmaqla BöyükBritaniyanın böyük hissəsində buzlanma ilə bağlı sarı xəbərdarlıqqüvvədədir. Arktik hava kütləsinin təsiri nəticəsində London vəətraf bölgələrdə də qış yağıntıları müşahidə olunur.
Rəsmi qurumlar sürücülərə və sərnişinlərə ehtiyatlı olmağı,səyahət planlarını öncədən yoxlamağı tövsiyə ediblər.