AZ

“İmişli” klubunda rəsmi ayrılıq

BAKI, 7 yanvar. TELEQRAF

“İmişli” futbolçusu İbrahim Əliyevlə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, İbrahim Əliyev cari mövsüm ərzində meydana çıxdığı 10 oyunda 1 qol vurub.

Seçilən
79
teleqraf.com

1Mənbələr