AZ

Tramp Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirıcık...

Tramp iri neft şirkətlərinin rəhbərləri ilə Venesuelada neft hasilatının artırılmasını müzakirə edəcək...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə onlarla böyük neft şirkətinin rəhbərləri ilə görüşməyi planlaşdırır. Axios portalının məlumatına görə, görüşün əsas mövzusu Venesuelada neft hasilatının artırılması və bu prosesdə maliyyə axınlarının nəzarətdə saxlanılması olacaq.

ABŞ administrasiyasından yüksək vəzifəli rəsmi nəşrə bildirib ki, əsas məqsəd Venesueladan neft ixracının bərpasını təmin etmək və əldə olunan vəsaitin yenidən ölkəyə qaytarılmasına nail olmaqdır. Onun sözlərinə görə, bu zaman pulların mənimsənilməsinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır və bu, olduqca mürəkkəb tapşırıqdır.

Axios qeyd edir ki, Tramp administrasiyası Venesuela neft sektorunu həm iqtisadi, həm də siyasi baxımdan strateji alət kimi nəzərdən keçirir. ABŞ tərəfi bir tərəfdən qlobal enerji bazarlarında təchizatın artırılmasında maraqlıdır, digər tərəfdən isə Venesuelada maliyyə resurslarının qeyri-şəffaf kanallar vasitəsilə yoxa çıxmasının qarşısını almağa çalışır. Görüşdə bu məqsədlərə çatmaq üçün mümkün mexanizmlərin və nəzarət üsullarının müzakirə ediləcəyi gözlənilir.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr