AZ

Astarada yol qəzasında ər-arvad xəsarət alıb

Astarada avtomobil mopedlə toqquşub.

Moderator.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
98
12
moderator.az

10Mənbələr