AZ

İran XİN rəsmisi Ermənistanda Cənubi Qafqazda sülh və əməkdaşlığı müzakirə edəcək

İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bu gün Ermənistana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr aparacaq, Ermənistanın digər rəsmiləri ilə görüşlər keçirəcək.

İki ölkənin iqtisadi, ticarət, tranzit, nəqliyyat və digər sahələrdə əməkdaşlığı üzrə məsləhətləşmələrin aparılacağı bildirilir.

İran XİN rəsmisi Ermənistana səfər çərçivəsində Cənubi Qafqazda sülh və əməkdaşlıq üzrə fikir mübadiləsi aparacaq.

Seçilən
20
3
redaktor.az

4Mənbələr