AZ

Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatdı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatdı

AFFA Lisenziya və Qeydiyyat Departamenti klubların lisenziyalaşdırılması üzrə təlimləri başa vurub.

QOL.az xəbər verir ki, lisenziyalaşdırma şöbəsinin əməkdaşları 2026/2027-ci il mövsümü üzrə yarışlarda iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət edən bütün Premyer Liqa, I və II Liqa, o cümlədən AFFA Yüksək Qızlar Liqasında çıxış edən klublarla fərdi görüşərək lisenziyalaşdırma qaydalarını müzakirə edib, klub nümayəndələrini müvafiq sənədlərlə tanış ediblər.

Qeyd edək ki, 2025-ci ilin noyabr-dekabr aylarını əhatə edən təlimlərin 20-si AFFA-nın inzibati binasında, 10-u isə regionlarda baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
5
qol.az

6Mənbələr