Bakı. Trend:
“AzərEnerji” ASC-nin idarə heyyətinin sədri Baba RzayevləSəudiyyə Ərəbistanı Krallığının ACWA Power şirkətinin idarəheyətinin sədri Mohammad Abunayyan arasında görüş olub.
“AzərEnerji”dən Trend-ə verilən məlumata görə, görüşdə 240 MVt gücündə“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının enerjisisteməqoşulması, əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərhaqda fikir mübadiləsi aparılıb.
Bildirilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, həmingüclərin enerjisistemə təhlükəsiz inteqrasiyası, enerjinin idarəedilməsi, batareya saxlanc sistemləri də daxil olmaqla yenitexnologiyaların tətbiqi görüş zamanı geniş müzakirə olunub.