AZ

Xalq artisti Cahangir Novruzov Prezidentin fəxri diplomu ilə təltif olunub

BAKI, 7 yanvar. TELEQRAF

Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Cahangir Novruzov bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, "Ordan-Burdan", "Yaşıl eynəkli adam" kimi televiziya tamaşalarında və bir bir çox bədii filmlərdə yaddaqalan obrazlar yaradan C.Novruzov Azərbaycanın ilk peşəkar aktyorlarından olan Cahangir Zeynalovun nəvəsi, Xalq artisti Nəsibə Zeynalovanın oğludur.

Seçilən
124
15
teleqraf.com

10Mənbələr