ain.az bildirir, Banco.az portalına istinadən.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar-noyabr aylarında 78 milyon 405 min ABŞ dolları dəyərində 12 min 782 ton çay idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən çayın dəyəri 10 milyon 690 min dollar və ya 15,8% artıb, həcmi isə 0,9% azalıb.
Məlumata görə, ötən ilin 11 ayında çay idxalı Azərbaycanın ümumi idxalının 0,37%-nə bərabər olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında idxal edilən çayın dəyəri 67 milyon 715 min dollar, miqdarı isə 12 min 893 min tona bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.