AZ

Ötən il “Ford”un ABŞ dakı satışları 6 faiz artıb

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Avtomobil istehsalçısı 2019-cu ildən bəri ən yüksək illik satış göstəricisinə nail olub

ABŞ avtomobil istehsalçısı “Ford” ötən il ölkədə avtomobil satışlarını 6 faiz artıraraq 2019-cu ildən bəri ən yüksək illik satış göstəricisinə nail olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hesabat dövrü ərzində “Ford”un bazardakı payı 0,6 faiz artaraq 13,2 faizə yüksəlib.

Qeyd olunub ki, ötən il “Ford”un ABŞ-da ümumi avtomobil satışı 2 milyon 204 min 124 ədədə çatıb.

Məlumatda satışların artmasında yük avtomobillərinə (pikaplara) və hibrid nəqliyyat vasitələrinə olan tələbatın mühüm rol oynadığı qeyd edilib.

Eyni zamanda, şirkətin elektromobil satışları ötən il 14,1 faiz azalıb, hibrid avtomobil satışları isə 21,7 faiz artıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
3
ayna.az

4Mənbələr