AZ

Rza Pəhləvi İranın güc strukturlarına müraciət edib | VİDEO

AzVision.az xəbər verir ki, Rza Pəhləvi bunu təhlükəsizlik qüvvələrinin “milli borcu”adlandırıb.

“Bu, İran silahlı qüvvələri və təhlükəsizlik qüvvələrinə birbaşa mesajdır. Siz İran millətini müdafiə etmək üçün formanı geyinmisiniz və açıq, tarixi seçim qarşısındasınız. İranın cəsur və birləşmiş xalqının tarix yazdığı və yazdığı bu günlərdə sizə sualım budur:siz tarixin hansı tərəfində dayanacaqsınız - cinayətkarların yanında, yoxsa xalqın yanında? Bu korrupsioner və repressivİslam Respublikası rejiminin süqut edib-etməməsi başqa sualdır”, - Rza Pəvləvi deyib.

Onun sözlərinə görə, yeganə sual bunun nə vaxt – yaxın vaxtlarda, yoxsa nə vaxtsa baş verəcəyidir. Şahzadə bildirib ki, bu həlledici anlarda təhlükəsizlik qüvvələrindən millətin ağuşuna qayıtmağı və silahları xalqa atəş açmaq üçün deyil, insanların müdafiəsi üçün istifadə etməyini gözləyir.

Rusiya İrandan qızıl çıxarır?| VİDEO
Bununla onlar təkcə milli borclarını yerinə yetirməyəcək, həm də özlərinin və ailələrinin gələcəyini qoruyacaqlar.

- Sizin xalqa sədaqətinizi bəyan etmək üçün altı ay əvvəl Milli Əməkdaşlıq Platforması olan etibarlı bir kanal yaradılıb. Sizdən minlərlə insan qeydiyyatdan keçib. İranda yenilənmiş milli üsyan və çoxlu sayda yeni sorğu ilə hər birinizin dərhal cavab almasını təmin etmək üçün bu platforma təkmilləşdirildi.

Millətin zalımları, xalqa atəş açanlar arxayın olsunlar: onlar müəyyənləşib cəzalarını alacaqlar. İran millətinin yanında olanlar milli səviyyədə hörmət və ehtiram görəcəklər. Yaşasın İran”, - Rza Pəhləvi müraciətində vurğulayıb.

“İran İnternational” telekanalının məlumatına görə,əldə olunan video-görüntülərə əsasən, yanvarın 7-də Şiraz şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb.

Bəndər-Abbas liman şəhərində sakinlər və dükançılar şahzadə Pəhləvini tərifləyən etiraz şüarları səsləndirərək küçələrə çıxıblar.

İranın cənubundakı Fəsa şəhərində də etiraz aksiyaları keçirilib. Nümayişçilər “Xamenei qatildir, onun hakimiyyəti qanunsuzdur” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, bu arada britaniyalı deputatı Tom Tuqendhat Rusiya yük təyyarələrinin Tehrana endiyini və İrandan əhəmiyyətli miqdarda qızılın çıxarıldığını iddia edib.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
115
9
azvision.az

10Mənbələr