AZ

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

Azərbaycan-Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

Day.Az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

"Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan-Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, İT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər Azərbaycan-Suriya İşgüzar Şurasına üzv olmağa dəvət olunurlar", - məlumatda vurğulanıb.

Seçilən
75
18
day.az

10Mənbələr