AZ

Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar verilib

Bakı.Trend:

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilənşəxslərdən biri Rəşad Əhmədov barəsində olan qərardan verilənkassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyikeçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədəsaxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AzərSəricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, ElşadƏsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrumedilib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsininhökmünü dəyişməyib.

Qeyd edək ki, cinayət hadisəsi 2023-cü il martın 28-də Sabunçurayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatıMustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov”avtomat silahından atəş açılaraq sui-qəsd edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq başidarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimaixadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bufəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə),228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuzolaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayətişi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətininəməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirlərinəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslərtutularaq istintaqa təhvil verilib. Dövlət TəhlükəsizliyiXidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov,Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittihamelan edilib.

Məqalədə:
Seçilən
95
19
az.trend.az

10Mənbələr