AZ

Laborant, katib makinaçı və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start VERİLİR

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində laborant, katib-makinaçı və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Redaktor.az idarənin feysbuk səhifəsinə istinadla xəbər verir ki, nüsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 07 yanvar tarixindən 11 yanvar 2026-cı il tarixinədək https://forms.gle/EvXa1svFgaQ5hBW26 vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra namizədlər müsabiqənin növbəti mərhələsinə dəvət ediləcək. Namizədlərdən xahiş olunur ki, sənədləri qeydiyyat linkində tələb olunan formada göndərəsiniz. Əks halda namizədliyiniz qeydə alınmayacaq.

Adıçəkilən vəzifə üzrə müsabiqə proqramı, test imtahanının ədəbiyyat siyahısı və vakant yerlərin siyahısı ilə bağlı məlumatları aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz.

Müsabiqə proqramı: https://shorturl.at/kBYCH

Vakant yerlərin siyahısı: https://shorturl.at/trKCc

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
1
redaktor.az

2Mənbələr