AZ

Ali Məhkəmə deputata sui-qəsdə cəhd edən şəxslə bağlı qərar verdi

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Rəşad Əhmədovun kasasiya şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, şikayət təmin olunmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il , Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Seçilən
89
1
publika.az

10Mənbələr