Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub. Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.