"SOCAR Petroleum" QSC bu gün Qazaxda baş verən partlayışla bağlı məlumat yayıb.
"Yeni Sabah" xatırladır ki, bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla müşayiət olunan yanğın hadisəsi olub.
Yanğın yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan Şəmil Zabit oğlu həyatını itirib.
Telegram kanalımız