AZ

Messinin arzusu – Klub sahibi olmaq istəyir

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu məşqçi olmaq niyyətində olmadığını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, məşqçilikdən daha çox idarəçi və ya klub sahibi olmaq ideyası ona cəlbedici gəlir. Messi qeyd edib ki, seçim imkanı olsa, bir klubun sahibi olaraq onu sıfırdan qurmağı və gənc futbolçulara inkişaf şansı verməyi üstün tutar.

Qeyd edək ki, səkkizqat “Qızıl top” laureatı 2023-cü ildən “İnter Mayami”də çıxış edir və klubla müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Seçilən
83
idmanxeber.az

1Mənbələr