AZ

“Bazarstore” xadiməyə görə 20 min manat cərimələndi

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Bazarstore” mağazalar şəbəkəsinə külli miqdarda cərimə tətbiq edilib.

KONKRET.az-ın məlumatına görə, bununla bağlı Abşeron Rayon Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu tərəfindən tərtib edilən protokol əsasında qərar qəbul edib.

Buna səbəb “Bazarstore”un filialında xadimənin Əmək Məcəlləsinə uyğun olmayan əmək müqaviləsi ilə işə götürülməsidir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozan şirkət cərimədən yayına bilməyib.

Ağagül Mürsəlov

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
2
konkret.az

3Mənbələr