Bakı. Trend:
2025-ci ildə Azərbaycanda icbari tibbi sığorta haqları üzrədaxilolmalar 1,1 milyard manatdan çox olub.
Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilə nisbətən 10,5 faizartıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq793,4 milyon manatdan artıq təşkil edib.
Ümumilikdə, 2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5milyon manat çoxdur. 2024-cü illə müqayisədə vergi daxilolmaları545,5 milyon manat və ya 3,5 faiz artıb.