“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul olunduğunu bildirib. Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, son illər qızıla sərmayə qoyluşunu artıran Neft Fodunun qızıl portfeli 185 tona çatıb:
“Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır. Dollar portfelinin 22 milyard 982 milyon dollarlıq hissəsini, yəni 32,8 faizini qızıl investisiyaları təşkil edir.
Göründüyü kimi, Azərbaycan qızıl ehtiyatlarını kəskin artıran dövlətlərdəndir. Qızılın bahalaşması fonunda isə bu dövlət ehtiyatlarının daha da artması müşahidə edilməkdədir. Son 1 ildə dünya bazarında qızılın qiyməti 1.7 dəfə artıb. Yarım illik yekunlarında isə artım 1.2 dəfə çatıb. Son 1 ayda isə qızıl 35 faiz bahalaşıb. Hazırda qızılın 1 qramının qiyməti 144 dollardır.