Rumıniyanın “Dinamo” klubunda çıxış edən Kennedi Boatenqin Azərbaycanda oynamaq şansı olub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu mövsümün əvvəlində “Neftçi”nin transfer siyahısında yer alıb. Bu barədə “Digisport”a açıqlama verən müdafiəçi “ağ-qaralar”ın ona maraq göstərdiyini etiraf edib.
“Bir futbolçu bəzən maliyyə səbəblərinə görə də klubu dəyişmək istəyir. Açığı, ora getmək istəyirdim, bunun mənim üçün yaxşı olacağını hiss edirdim, amma baş tutmadı. Mən “Dinamo”nun futbolçusu idim və klubla müqaviləm var idi. Əgər “Dinamo” razı deyildisə, “Neftçi”yə gedə bilməzdim. Belə hallarda klubun səlahiyyəti daha böyük olur. Klub mənim qalmağımın daha yaxşı olduğuna qərar verdi. Həmin anda klubun istədiyini qəbul etməli oldum”.
Qeyd edək ki, Kennedi Boatenqin “Dinamo” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.