Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub. Artıq bu ərazidə hərəkət işıqforla tənzimlənir.
Xezerxeber.az xəbər verir ki, nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə hissəsindən istifadə edərək paytaxt istiqamətində hərəkət edə bilirlər.