AZ

Liviya heyətini daşıyan təyyarənin qara qutusu zədələnib

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya heyətini daşıyan təyyarənin qara qutusunun zədələndiyini bildirib.

Moderator.az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

"Qara qutu və səs qeydəalma cihazı zərər görüb, tədqiqatlar İngiltərədə davam edəcək".

Xatırladaq ki, təyyarə qəzası nəticəsində Liviyanın Baş Qərargah rəisi general Məhəmməd əl-Həddad, onun dörd köməkçisi və ikisi fransız olmaqla üç ekipaj üzvü həlak olub. Türkiyə rəsmiləri "Falcon 50"nin havaya qalxdıqdan az sonra qəzaya uğramasının elektrik nasazlığı nəticəsində baş verdiyini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
5
moderator.az

5Mənbələr