ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Qari Onil Fransa klubunun baş məşqçisi oldu
Fransa "Strasburq"unun yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda ingiltərəli məşqçi Qari Onilə həvalə olunub. O, bu vəzifədə Liam Rosenioru əvəzləyib. Liqa 1 təmsilçisi mütəxəssislə imzaladığı müqavilənin detallarını hələlik açıqlamayıb.
Qeyd edək ki, Onil daha əvvəl "Bornmut" və "Vulverhempton"u da çalışdırıb.
Hazırda "Strasburq" Liqa 1-in turnir cədvəlində 17 oyundan 24 xalla 7-cidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.