AZ

ABŞ Dövlət Departamenti: İranın dünya ilə əlaqəsi kəsilir

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“İranda VPN və senzuranı keçmək üçün istifadə olunan digər vasitələr də bloklanıb, bir çox iranlının xarici dünya ilə əlaqəsi kəsilib”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti İranda davam edən etiraz aksiyaları fonunda ölkə üzrə genişmiqyaslı internet kəsintiləri və iri şəhərlərdə ciddi rabitə pozuntuları barədə açıqlamasında bildirib.

Amerikanın xarici siyasət qurumu hesab edir ki, internetin kəsilməsi informasiyanı boğmaq və etirazları susdurmaq üçün açıq cəhddir: “Amma rejim nə qədər çalışsa da, zülmkar addımlarını dünyadan gizlədə bilməyəcək. Səsləri boğmaq və həqiqəti gizlətməyə nə ehtiyacı var?”.

Son günlər ölkə üzrə etirazların genişlənməsinə paralel olaraq, İranın bəzi bölgələrində internetə çıxış məhdudlaşdırılıb və ya tamamilə kəsilib. Rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi bundan əvvəl etirazlarla əlaqədar internetin məhdudlaşdırılması və kəsilməsini təsdiqləmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
sherg.az

2Mənbələr