Avropada davam edən şiddətli qar nəticəsində ölənlər var.
Publika.az "The Guardian"a istinadən baş verən hadisələri təqdim edir.
Fransanın cənub-qərbindəki Landes bölgəsində yol-nəqliyyat qəzalarında üç nəfər ölüb, 15 nəfər yaralanıb, Paris bölgəsində isə daha iki nəfər ölüb. Bir sürücü Marne çayına yıxıldıqdan sonra xəstəxanada, digəri isə Fransa paytaxtının şərqində ağır tonnajlı yük maşını ilə toqquşduqdan sonra dünyasını dəyişib.
Bosniyanın paytaxtı Sarayevoda qarla örtülmüş ağac budağı başına düşən bir qadın ölüb.
Məlumata görə, qar səbəbindən Amsterdamdan Parisə gedən Eurostar qatarları ləğv edilib.