AZ

Məzar daşını sındıran şəxs həbsedildi

Lənkəran rayonunda qəbiristanlıqlardan birində qəbir daşının qəsdən sındırılması barədə polisə müraciət daxil olub.

Redaktor.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı Fuad Təbibzadə müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs qəbir daşının üzərindəki şəkli məzarlıq üçün uyğun görmədiyi üçün gecə saatlarında qəsdən sındırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Seçilən
89
11
redaktor.az

9Mənbələr