AZ

Razi Nurullayev: “Prezident müstəqil və prinsipial siyasətin mahiyyətini aydın göstərdi"

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın bu gün apardığı müstəqil, prinsipial və milli maraqlara söykənən siyasətin mahiyyətini bir daha aydın şəkildə göstərmiş oldu. 

Milli Cəbhə Partiyası ds bu mövqeni daima dəstəkləyib və dəstəkləyir. Prezidentin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan nə regional, nə də qlobal proseslərdə kiminsə diqtəsi ilə hərəkət edir. Ölkəmiz öz yolunu, öz maraqlarını və öz gələcəyini özü müəyyən edir. Bu mövqe tam haqlıdır və dəstəkləyirəm”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib. 

Deputatın fikrincə, xüsusilə sülh gündəliyi ilə bağlı deyilənlər onu deməyə əsas verir ki, Azərbaycan müharibə yox, sabitlik və inkişaf istəyən dövlətdir: 

“Amma eyni zamanda hər kəs bilməlidir ki, Azərbaycanın milli maraqları heç vaxt güzəşt mövzusu olmayıb və olmayacaq. Prezident İlham Əliyevin bu mövqeyi milli maraqlarımızı ehtifa edir Hesab edirəm ki, bu açıq və qətiyyətli siyasət ölkəmizin təhlükəsizliyinə və sabitliyinə xidmət edir. 

Prezident İlham Əliyevin müsahibəsi ölkə daxilində mövcud olan problemlərə və idarəçilik məsələlərinə açıq münasibət baxımından da vacib idi.

Bir daha aydın olur ki, Prezident yerlərdə mövcud olan nöqsanları, məmur laqeydliyini, məsuliyyətsizliyi və vətəndaşları narazı salan halları görür və bunu açıq şəkildə ifadə edir. Bu, o deməkdir ki, idarəçilikdə tələbkarlığın və məsuliyyətin artırılmasına zərurət var.

Hesab edirəm ki, yerli icra strukturları, dövlət qurumları və vəzifə sahibləri bu mesajları ciddi qəbul etməlidirlər. Vətəndaşın problemi vaxtında həll olunmursa, sosial narazılıq yaranırsa, bunun məsuliyyəti birbaşa idarə edənlərin üzərinə düşür”.

Deputat düşünür ki, bu yanaşma dövlət-vətəndaş münasibətlərinin sağlamlaşmasına, məmur özbaşınalığının qarşısının alınmasına və real islahatların dərinləşməsinə xidmət edəcək:

“Dövlət güclü ola bilər, amma onu güclü edən ilk növbədə vətəndaşın razılığıdır. Bu prinsip hər bir məmur üçün əsas yol xəritəsi olmalıdır”.

“Cebheinfo.az”

Seçilən
76
2
cebheinfo.az

3Mənbələr