Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Səudiyyə ƏrəbistanıKrallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri MohammadAbunayyan ilə görüşüb.
Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, görüşdə “ACWA Power” şirkəti Azərbaycanın enerjisektorunda mühüm tərəfdaşı kimi qiymətləndirilib və bu əməkdaşlığınSəudiyyə Ərəbistanı ilə qardaşlıq əlaqələrinin bariz göstəricisiolduğu vurğulanıb. Hazırda şirkətlə birgə həyata keçirilən vəstrateji əhəmiyyət daşıyan 240 MVt gücündə “Xızı-Abşeron” KüləkElektrik Stansiyası və dəniz suyunun duzsuzlaşdırılmasılayihələrinin əhəmiyyətindən bəhs edilib. Külək elektrikstansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başaçatdığı və bu prosesdə birgə əməkdaşlığın rolu qeyd olunub.
Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvanmarşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrininicra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan vəSəudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı vəötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsiistiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.