ABŞ Prezidenti Donald Tramp respublikaçı müttəfiqi, senator Lindsi Qremlə birlikdə "İranı yenidən möhtəşəm et" (Make Iran great again) beysbol papağı ilə şəkil çəkdirib.
Redaktor.az xəbər verir ki, senatorun "X" sosial media hesabında yayımlanan bir fotoşəkildə senatorun Trampın yanında baş barmağını yuxarı qaldırdığı, ABŞ Prezidentinin isə şüarı olan qara papaq tutduğu görünür.
Qrem yazıb: "Amerikanı həm ölkə daxilində, həm də xaricdə həmişəkindən daha güclü şəkildə geri qaytaran prezidentlə daha bir gözəl gün. Tanrı Ali Baş Komandanımıza və onun tabeliyində xidmət edən bütün cəsur kişi və qadınları hifz eləsin. Mən amerikalı olmaqdan qürur duyuram. Tanrı zülmə qarşı duran igid İran xalqını qorusun".