AZ

Zelenski: Ukrayna bu gün tərəfdaşlarla müharibənin başa çatması ilə bağlı ən çətin məsələləri müzakirə edəcək

Ukrayna ilə ABŞ arasında son iki gündə aparılan danışıqların 3-cü sessiyası keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Bu gün Rustəm Umerov mənə Ukraynanın Fransadakı danışıqlar heyətinin işi barədə hesabat təqdim edib. ABŞ Prezidentinin nümayəndələri ilə daha bir danışıqlar baş tutacaq ki, bu da son iki gün ərzində 3-cü belə sessiya olacaq. Biz xüsusilə müharibənin başa çatması ilə bağlı əsas çərçivə üzrə ən çətin məsələlərin - Zaporojye Atom Elektrik Stansiyası və ərazilər barədə fikir mübadiləsi aparılmasını gözləyirik”, - Zelenski qeyd edib.

Ukrayna lideri əlavə edib ki, Ukrayna bugünkü görüşdə Rustem Umerov, Andrey Qnatov, Kiril Budanov, Sergey Kislitsiya, David Araxamiya və Aleksandr Bevz tərəfindən təmsil olunacaq.

Seçilən
24
4
apa.az

5Mənbələr