
İsrailin milli kəşfiyyat orqanı “Mossad” “X” sosial şəbəkə səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Qəzza zolağında mümkün beynəlxalq missiyalarda ölkəmizin iştirakı ilə bağlı fikrini paylaşıb.
Yeniavaz.com xəbər verir ki, paylaşımda dövlət başçısının Qəzza da daxil olmaqla xaricə qoşun göndərməyəcəyi və hər hansı beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etməyəcəyi ilə bağlı fikirləri öz əksini tapıb.
“Bakı Tramp administrasiyası ilə müzakirələrin aparıldığını təsdiqləyib, lakin açıq şəkildə bəyan edib: “Hər hansı sülhməramlı qüvvələrdə iştirak nəzərdə tutulmur”, - “Mossad” paylaşımda Prezidentdən sitat gətirib.
Həmçinin, paylaşımda bu şərhin Qəzza sülh planı ilə bağlı təklif edilən Beynəlxalq Sabitləşdirmə Qüvvələri bağlı danışıqların davam etdiyi bir vaxtda səsləndirildiyi qeyd olunub.