Türkiyədə narkotiklərlə mübarizə əməliyyatı çərçivəsində saxlanılan tanınmış aktyor Doğukan Güngör sərbəst buraxılıb.
NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində ifadəsi alınan sənətçinin saxlanma müddəti uzun çəkməyib.
Qeyd edək ki, sənətçi daha çox “Qızılcıq şərbəti” serialında “Fateh” obrazı ilə məşhurlaşıb.
Xatırladaq ki, aktyor verilişlərdən birində atasının azərbaycanlı olduğunu da açıqlayıb.