AZ

Fransada soyuq hava şəraiti ilə əlaqədar elektrik enerjisinə tələbat artıb

Paris, 7 yanvar, AZƏRTAC

Fransada hava şəraitinin soyuq olması ilə əlaqədar elektrik enerjisindən istifadə artıb.

AZƏRTAC xəbər verir ki, ölkənin elektrik şəbəkəsinin idarəedilməsi işi ilə məşğul olan RTE tələbatı ödəmək üçün kifayət qədər elektrik enerjisinin istehsal edildiyini açıqlayıb.

Fransa Elektrik Şirkətinin məlumatına görə. hazırda 57 nüvə reaktorundan 49-u işə salınıb. Bu da, ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək üçün yetərlidir.

Həmçinin bu şirkətin "Start" proqramı vasitəsilə reaktorların texniki xidmətləri optimallaşdırılır. Bu da reaktorların daha az müddətə dayanmasına və elektrik enerjisi istehsalının fasiləsiz olmasına imkan verir.

Seçilən
103
2
azertag.az

3Mənbələr