AZ

ABŞ Yaxın Şərqə hərbi təyyarələr göndərdi – İran nə vaxt vurulacaq?

Vaşinqtonun Tehrana qarşı sərt ritorikası fonunda ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır.

KONKRET.az xəbər verir ki, OSINT analitiklərinin məlumatına görə, bölgəyə hava tanker və ağır hərbi nəqliyyat təyyarələri, “C-5 Galaxy” və “C-17” Globemaster göndərilir.

Qeyd olunur ki, genişmiqyaslı təyyarə köçürməsi həm ABŞ, həm də Böyük Britaniya hava bazalarından həyata keçirilir.

The Times qəzeti bildirir ki, keçən şənbədən etibarən İngiltərənin Suffolk və Gloucestershire qraflıqlarındakı üç Kral Hərbi Hava Bazasında ən azı 14 “C-17” Globemaster və iki “AC-130J” Ghostrider ağır silahlarla təchiz olunmuş atəş dəstəyi təyyarəsi enib.

Məlumatda deyilir ki, bu təyyarələrdə xüsusi əməliyyatlarda istifadə olunan ən azı beş MH-60M Black Hawk və bir MH-47G Chinook helikopteri ola bilər.

Hazırda Pentaqon və Böyük Britaniya Müdafiə Nazirliyindən rəsmi şərh verilməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
38
1
konkret.az

2Mənbələr